top
Hövsan sakinləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT - Avtobus dayanacağını küçə itləri BÜRÜDÜ – VİDEO
12 mart 2025, 06:11
- ↺ +

Hövsan sakinləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT - Avtobus dayanacağını küçə itləri BÜRÜDÜ – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Onların sayı paytaxtın mərkəzi küçələrində, şəhərətrafı qəsəbələrdə, parklarda, hətta məktəb və dayanacaqların qarşısında günü-gündən artmaqdadır. Bəli, söhbət sahibsiz itlərdən gedir. Artıq küçə itləri potensial təhlükəyə çevrilib. Ölkənin hər yerində aktual olan problemə yerli icra hakimiyyətləri də əncam çəkməkdə maraqlı görünmür. Digər ölkələrdə olduğu kimi Bakını bürüyən sahibsiz itlər nə küçələrdən yığışdırılaraq sığınacaqlara yerləşdirilir, nə qısırlaşdırılır, nə də quduzluğa qarşı mübarizə tədbirləri aparılır.

Belə ərazilərdən biri də Suraxanı rayonu, Hövsan qəsəbəsidir. Qəsəbənin demək olar ki, hər tərəfini, xüsusilə bağlar massivini küçə itləri bürüyüb. Məktəb həyətləri, binaların qarşısı, zibil yeşiklərinin yanı, eləcə də boş və kənar ərazilərdə sahibsiz itlər sürü ilə gəzir. Bu təhlükə nəinki azyaşlıların, elə böyüklərin də kabusuna çevrilib. Məsələnin ən təhlükəli tərəfi ac-susuz, qayğısız qalan küçə itlərinin daha aqressiv və təhlükəli olmasıdır.

Bu günlərdə qəsəbənin Yeddi gözəl parkı ərazisinə yaxın dayanacağın ətrafında küçə itlərinin sürü ilə insanlara hücum etməsi məsələni bir daha aktuallaşdırıb. Redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə küçə itləri ilə bağlı hər gün eyni vəziyyət yaşanır. Dayanacaqda itlərin əlindən rahat hərəkət etmək və avtobusa minmək olmur. Əldə hər hansı yük olanda isə itlər sürü ilə arxalarınca düşür.

Digər sakinlər isə azyaşlı övladlarına görə narahat olduqlarını bildiriblər. Dediklərinə görə uşaqlarını tək məktəbə göndərə bilmirlər. Dəfələrlə itlər onların üstünə hücum edib və yaxınlıqdak insanların köməyi ilə təhlükədən qoruna biliblər. Eyni zamanda bildiriblər ki, əvvəl qəsəbədə tək-tük küçə iti görünürdüsə, indi addımbaşı onlara rast gəlmək mümkündür.

Məsələ ciddi narahatlıq doğurduğu üçün müvafiq qurumlara müraciət etdik.

Suraxanı rayon İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, məsələ ilə bağlı tədbirlər görülməkdədir:

“Sakinlərin Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzinin “1921” qaynar xəttinə müraciətləri əsasında Mərkəz tərəfindən bu istiqamətdə rayonda profilaktik işlər aparılır. Lakin buna baxmayaraq rayonun inzibati ərazisində sahibsiz heyvanların sayının artması səbəbindən, eyni zamanda, sakinlər tərəfindən ünvanlanan müraciətləri nəzərə alaraq RİH tərəfindən bu problem nəzarətdə saxlanılaraq aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə mütəmadi müraciətlər ünvanlanır”, - deyə qurumdan bildirilib.

Hövsan bələdiyyə sədri Seymur Rəsulovun isə cavabı qəribə olub. O, deyib ki, məsələ ilə bağlı bələdiyyəyə heç bir şikayət daxil olmayıb:

“Küçə itləridir, pişikləridir ümumiyyətlə bunlara toxunmaq olmaz. Ona görə də biz aidiyyəti qurumlara bildirməliyik və onlar da gəlib yoxlayıb tədbir görməlidir. Biz öz tərəfimizdən də lazimi tədbirlər görəcəyik, məsələyə laqeyid yanaşmayacağıq. İnsanların təhlükəsizliyi bizim üçün olduqca vacibdir”, - deyə bələdiyyə sədri bildirib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

İdman
Dünən, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Cəmiyyət
Dünən, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Cəmiyyət
Dünən, 14:54

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Cəmiyyət
Dünən, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
Dünən, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
Dünən, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
Dünən, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
Dünən, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
Dünən, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Dünən, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Dünən, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Dünən, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib

Cəmiyyət
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
27 oktyabr 2026, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
27 oktyabr 2026, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
27 oktyabr 2026, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
27 oktyabr 2026, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
27 oktyabr 2026, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
27 oktyabr 2026, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
27 oktyabr 2026, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
27 oktyabr 2026, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
27 oktyabr 2026, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Oxşar xəbərlər