top
İmişli Ağsaqqallar Şurasına yeni sədr seçildi
21 may 2025, 03:58
- ↺ +

İmişli Ağsaqqallar Şurasına yeni sədr seçildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İmişli rayon Ağsaqqallar Şurasına yeni sədri seçilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, mayın 21-də təşkilatın növbədənkənar yığıncağı keçirilib.

Toplantıda sədr seçilməsi məsələsinə baxılıb. Səsvermə ilə Əməkdar müəllim Ramiz Əmirov İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə gətirilib.

O, uzun illər İmişli rayon Təhsil Şöbəsinin müdiri postunda çalışıb. R.Əmirov 2021-ci ilin may ayından 2024-cü ilin aprel ayına kimi rayon Ağsaqqallar Şurasının sədri olub.

Qeyd edək ki, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə qatılıb və çıxış edib. Onun hərəkəti sosial şəbəkələrdə böyük müzakirə və narazılığa səbəb olub. Məsələyə münasibət bildirənlər S.Səmədovu SSRİ xiffəti çəkməkdə, Rusiyanın imperializm siyasətinin təbliğatını aparmaqda ittiham ediblər. "Georgi lenti" Moskvanın bu siyasətinin əsas simvollarından biri sayılır.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti toplanıb və məsələyə qiymət verib. İdarə Heyəti şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

Onun yerinə rayon Ağsaqqallar Şurasının sədr müavini Vahid Tağıyev gətirilmişdi. Lakin sonrada onun da tədbirə sinəsində “Georgi lenti” ilə qatılması üzə çıxıb. Bir neçə gün sonra V.Tağıyev istefa verib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Bu gün, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Bu gün, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Bu gün, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Bu gün, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Bu gün, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Bu gün, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Bu gün, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Bu gün, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Bu gün, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Bu gün, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Bu gün, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Bu gün, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Bu gün, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Bu gün, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Bu gün, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Bu gün, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Bu gün, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Bu gün, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Bu gün, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Bu gün, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından altı il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Oxşar xəbərlər