İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları ilə bu günə qədər 114 reys həyata keçirilib. Bu haqda aprelin 19-da Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb.
Şuşaya 3 049, Ağdama isə ümumilikdə 1399 sərnişin səfər edib. 67 nəfər imtiyazlı şəxs (Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri) bu ərazilərə ödənişsiz daşınıb.
Qeyd edək ki, marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən həyata keçirilir.