top
İnsanlıq əleyhinə cinayətlər törədən Davit Babayan və Lyova Mnatsakanyan məsuliyyətə cəlb ediliblər
30 sentyabr 2023, 05:01
- ↺ +

İnsanlıq əleyhinə cinayətlər törədən Davit Babayan və Lyova Mnatsakanyan məsuliyyətə cəlb ediliblər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sülh, insanlıq əleyhinə cinayətlər törədən Davit Babayan və Lyova Mnatsakanyan məsuliyyətə cəlb ediliblər. Bu barədə 30 sentyabr tarixində Baş Prokurorluq məlumat yayıb. 

2013-2023-cü illərdə separatçı qurumun “prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləmiş, 1973-cü il tarixdə Xankəndi şəhərində anadan olmuş Babayan Davit Klimoviç həm 44 günlük Vətən müharibəsi dövründə, həm Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə aparılan antiterror əməliyyatlarında qondarma qurumun digər “rəhbər vəzifəli şəxsləri” ilə cinayətkar birlik halında milli düşməçilik və nifrət aşılayan, terrorçu qruplaşmaların fəaliyyətini əlaqələndirən fəaliyyətlə məşğul olması, o cümlədən 2020-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının Gəncə şəhərinin müdafiə olunmayan və mülki əhalinin yaşadığı əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları hədəfə almaqla, ballistik raketlərdən istifadə edib çoxsaylı mülki şəxslərin ümumi təhlükəli üsulla, xüsusi amansızlıqla, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik zəminində qəsdən öldürülməsi və yaralanması ilə bağlı cinayətləri təşkil etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilib ki, Davit Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 32.3, 114.1 (muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə), 32.3, 116.0.1, 32.3, 116.0.6, 32.3, 116.0.7, 32.3, 116.0.8, 32.3, 116.0.9, 32.3, 116.0.10 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2-ci (silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə), 32.3,214.2.1, 32.3,214.2.3, 32.3,214.2.4 (terrorçuluğu təşkil etmə), 283.2.1, 283.2.3-cü (milli düşmənçiliyin salınmasını təşkil etmə) və digər madələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Cari il sentyabrın 29-da D.Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim olunmuş və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilmişdir.

Bundan başqa, istintaqla 1965-ci ildə Azərbaycan Respublikasının Xocavənd rayonunda anadan olmaqla orada yaşamış, Ermənistan Respublikasının sabiq hərbi qulluqçusu, 2015-2018-ci illərdə qondarma rejimin “müdafiə naziri” vəzifəsində işləmiş, eləcə də Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş qanunsuz hərbi silahlı qrupun üzvü olan Mnatsakanyan Lyova Henrixi qabaqcadan əlbir olduğu şəxslərlə birgə 2002-ci il mayın 8-də beynəlxalq humanitar hüquqla müdafiə olunan Məmmədov İlham Yusif oğlunu və digər əsir düşmüş azərbaycanlıları Füzuli rayonunun Alxanlı kəndi ərazisində əsir götürərək Füzuli şəhərində yerləşən hərbi hissədə milli ədavət zəminində çoxsaylı işgəncələr vermiş və həmin il noyabrın 19-dək onu əsirlikdə saxlamalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Lyova Mnatsakanyanın 2006-cı il noyabrın 8-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediməsi barədə qərar qəbuil edilib və həmin il noyabrın 14-də barəsində müvafiq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.

Cari il sentyabrın 29-da L.Mnatsakanyan Laçın Sərhəd Buraxılış məntəqəsindən Ermənistan Respublikasına keçmək istəyərkən, saxlanılaraq istintaqa təqdim olunmuş və həmin tarixdə ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir.

Hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarı icra olunaraq Dövlət Təhlükəsizliyi Xİdmətinin istintaq təcridxanasına köçürülüblər.

Hazırda cinayət işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 12:25

Şagirdlərin bilik səviyyəsinə görə dünya reytinqi: Azərbaycan 63-cü yerdə

Yerli xəbərlər
Bu gün, 12:05

Bunu edən sürücülər cərimələnəcək - 100 manat və 2 bal

Yerli xəbərlər
Bu gün, 12:03

Vergi Məcəlləsinə mühüm dəyişikliklər: Taksi, kuryer, çipsi və gözəllik sektorunda yeni qaydalar tətbiq olunacaq

Yerli xəbərlər
Bu gün, 11:19

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Yerli xəbərlər
Bu gün, 11:13

FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb

Yerli xəbərlər
Bu gün, 10:54

MKA: "Android TV box" cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər

Yerli xəbərlər
Bu gün, 10:41

Prezident İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

Yerli xəbərlər
Bu gün, 10:39

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Yerli xəbərlər
Bu gün, 10:12

Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Yerli xəbərlər
Bu gün, 09:51

Xəzərdə yadplanetlilərin gizli bazaları? ABŞ arxivinə düşən 25 illik sirr

Yerli xəbərlər
Bu gün, 09:17

UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq

Yerli xəbərlər
Bu gün, 09:00

Bakının iki rayonunda işıq kəsiləcək

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi - VİDEO

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Oxşar xəbərlər