Qəbələ rayonunda intihar hadisəsi baş verib. Bu haqda mayın 4-də Report məlumat yayıb.
Hadisə Nic qəsəbəsində qeydə alınıb. Həmin qəsəbənin sakini, 1965-ci il təvəllüdlü Nəbi Hacıyev özünü həyətyanı sahəsindəki fındıq bağında ağacdan asıb.
İntiharın hansı səbəblərdən baş verdiyi hələ ki məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.