top
İraqda ortaq tarixi irsə həsr olunmuş elmi konfrans keçirilib
24 fevral 2025, 00:34
- ↺ +

İraqda ortaq tarixi irsə həsr olunmuş elmi konfrans keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beynəlxalq İnkişaf Assosiasiyasının (EIDA) həmtəşkilatçılığı ilə İraqın Tel-Afər və Kərbəla şəhərlərində Azərbaycanı və İraqı təmsil edən alim və araşdırmaçıların iştirakı ilə Azərbaycan və İraq türkmanlarının ortaq mədəniyyət və dövlətçilik tarixinə, Azərbaycan dövlətçilik tarixində İraq türkmanlarının roluna həsr olunmuş silsilə tədbirlər keçirilib.


İraqın türkmanlar yaşayan Tel-Afər şəhərində əvvəlcə şəhər meriyasının tərəfdaşlığı ilə valilik binasında dəyirmi masa, daha sonra “Türkman Cəbhəsi”nin Nineva vilayəti nümayəndəliyinin tərəfdaşlığı ilə qurumun Tel-Afər nümayəndəliyində simpozium keçirilib. Daha bir simpozium Kərbəla şəhərində İmam Hüseyn ziyarətgah kompleksinin Elmi Araşdırmalar mərkəzində kompleksin tərəfdaşlığı ilə keçirilib.


Tədbirlərdə AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Tofiq Nəcəfli, AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri Elnur Mustafayev, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Aslan Həbibov, AMEA Dilçilik İnstitutunun əməkdaşı Orxan İsayev, Dini Araşdırmalar Mərkəzinin direktoru Natiq Rəhimov və başqaları,  İraq tərəfdən türkman əsilli tarixçilər, araşdırmaçılar, ədəbiyyatçılar  elmi məruzələrlə çıxış ediblər. Elmi məruzələrdə ortaq tarixi irsin əks olunduğu Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətlərinin yaranması və inkişaf etməsində İraq türkmanlarının oynadığı roldan, həmin dövrdə tarixi şəxsiyyətlərin fəaliyyətindən, ortaq tarixi irsdən, Azərbaycan-İraq münasibətlərində türkman amilindən bəhs edilib. Məruzəçilər öz çıxışlarında bu cür tədbirlərin iki ölkə arasında elmi əməkdaşlıq baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.


Səfər çərçivəsində Azərbaycandan olan qonaqlar İraqdakı digər elmi, ictimai mərkəzlərin nümayəndələri ilə də görüşlər keçiriblər.


Qeyd etmək lazımdır ki, artıq bir neçə ildir, EIDA -nın həmtəşkilatçılığı ilə İraqda türkman mədəni irsinin qorunmasına yönəlik müxtəlif tədbirlər həyata keçirilməkdədir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
Dünən, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
Dünən, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
Dünən, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Cəmiyyət
Dünən, 09:00

ABŞ-də vəfat edən qadının valideynləri OpenAI-ı məhkəməyə verib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

İdman
28 oktyabr 2026, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Cəmiyyət
28 oktyabr 2026, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:54

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
28 oktyabr 2026, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
28 oktyabr 2026, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
28 oktyabr 2026, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Oxşar xəbərlər