İşçinin məzuniyyət haqqı son 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyən işçinin orta aylıq əmək haqqısı isə onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Bir günlük məzuniyyət haqqı hesablamaq üçün orta aylıq əmək haqqının məbləği tapılmalıdır. Bunun üçün son 12 təqvim ayının əmək haqqının toplanmış məbləğini 12-yə bölmək və daha sonra alınan məbləği 30,4-ə bölmək lazımdır.
Bu qayda ilə tapılan bir günlük əmək haqqının məbləği məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.
Məzuniyyət haqqının hesablanması kalkulyator vasitəsi ilə də mümkündür.
İşçinin məzuniyyət haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
Məzuniyyət haqqının ödənilməsi qaydaları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən tənzimlənir.