top
İyul ayı nələrlə yadda qalacaq: keçiriləcək tədbirlər haqda araşdırma
01 iyul 2022, 03:04
- ↺ +

İyul ayı nələrlə yadda qalacaq: keçiriləcək tədbirlər haqda araşdırma

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin iyul ayı nələrlə yadda qalacaq? Bunu öyrənmək üçün İnsanoid keçirilməsi nəzərdə tutulan tədbirlərin bəziləri haqda araşdırma aparıb sizə təqdim edir:

Xalq artisti Miri Yusif 2020-ci ildə baş tutmalı olan və pandemiyaya görə təxirə salınan konsertini 1 - 3 iyulda Yaşıl Teatrda keçirəcək. Həmin vaxt alınan biletlər bu il keçərli olacaq. Biletlərin qiyməti 15 - 150 manatdır.

Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli ifaçı Jony iyulun 2-də Sea Breeze Resort-da solo konsert verəcək. Biletlərin bir çoxu satılıb. Hazırda qiyməti 100 - 300 manat olan biletlər satışda var.

İyulun 2-də Sərhədçi İdman Olimpiya Mərkəzində Kickboks tədbiri təşkil olunucaq. “Qarabağ Zəfər Gecəsi”nin qonağı Türkiyənin aktyoru Burak Özçivit olacaq. Döyüşdən sonra aktyor öz heyranları ilə imza mərasimində görüşəcək. Biletlərin dəyəri 20 - 200 manat civarındadır.

Caz musiqisinin həvəskarları üçün iyulun 3-ü və 15-də Dövlət Akademik Musiqili Teatrında “Lara Martin's Jazz Club” tamaşası nümayiş olunacaq. Tamaşa Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında hazırlanıb. Biletlərin qiyməti: 35 - 50 manat.

4 - 9 iyulda uşaqlar üçün yay düşərgəsi olan Mega Summer təşkil olunacaq. Hər gün aktiv proqramlar, teatr tamaşaları, ekskursiyalar, pikniklər, ColorFest keçiriləcək. 4 dəfə qidalanma və gecələmə ilə qiymət 130 manat təşkil edəcək.

Üzeyir Hacıbəylinin musiqili komediyası olan «Arşın mal alan» iyulun 7-də Dövlət Akademik Musiqili Teatrının səhnəsinə qoyulacaq. Biletlərin qiyməti 6 - 10 manat arasında dəyişir.

İyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – “Lex” (Polşa) oyunu baş tutacaq. UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək görüş saat 20:00-da başlayacaq. Biletlərin qiyməti 5 - 50 manat arasındadır.

“Life” mahnısı ilə məşhurlaşan rus pop müğənnisi Zivert iyulun 16-da Sea Breeze Resort-da konsert verəcək. Bu, ifaçının Bakıda keçiriləcək ilk böyük konsertidir. Biletlərin dəyəri 30 - 250 manat təşkil edir.

20 - 21 iyulda Yaşıl Teatrda Eyyub Yaqubovun konserti təşkil olunacaq. Tədbirdə “Big band"in bədii rəhbəri Fuad Musayev və müğənni Natavan Cəbizadənin canlı ifaları da yer alacaq. Musiqili gecədə iştirak etmək üçün 20 - 100 manata biletlər almaq mümkündür.

Türk pop musiqiçisi Kənan Doğulu iyulun 27-də sevənləri ilə Sea Breeze Resort-da görüşəcək. Konsert 19:00-da başlayacaq. Biletlərin dəyəri 30 - 300 manatdır.

Qeyd edək ki, tamaşaçılarda COVID-19 pasportunun və ya immun sertifikatının olması zəruridir. Adıçəkilən tədbirlərdə iştirak etmək üçün biletləri iticket.az saytından əldə etmək olar.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Bu gün, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Bu gün, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Bu gün, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Bu gün, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Bu gün, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Bu gün, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
Dünən, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
Dünən, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
Dünən, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
Dünən, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
Dünən, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
Dünən, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
Dünən, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
Dünən, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
Dünən, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
Dünən, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
Dünən, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
Dünən, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
Dünən, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
Dünən, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
08 noyabr 2026, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Oxşar xəbərlər