Türkiyədə yaşayan azərbaycanlı jurnalist Günel Cavadxan vəfat edib. Bu barədə 26 iyul tarixində “Qafqazinfo” xəbər verib.
Bu haqda onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.
Eyni zamanda PR mütəxəssisi kimi tanınan Günel Cavadxanın hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, mərhumun bir övladı qalıb.