Kəlbəcər rayonu su ilə təmin edilib. Bu barədə noyabrın 25-də “Azərsu” ASC-dən məlumat verilib.
Zvel və Qaraxaç çaylarının birləşdiyi nöqtədə suqəbuledici qurğular quraşıdırılıb və içməli su mənbəyi kimi istifadəsinə başlanılıb. Su mənbəyindən Kəlbəcər şəhərinə çəkilmiş su kəmərinin 96 nöqtəsində qəzalı hissələr də təmir edilib.
İndiyədək Kəlbəcər şəhərində 28 hərbi və mülki obyekt, 40-dək fərdi yaşayış evi içməli su ilə təmin olunub.
Kəlbəcər rayonu ilə yanaşı “Azərsu” ASC tərəfindən Şuşa şəhəri, Hadrut, Talış və Suqovuşan qəsəbələrində fasiləsiz xidmət təşkil olunub.