Yanvarın 2-si axşam saatlarında Kəlbəcər rayonunu ərazisində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Eyniyev Yusif piyada əleyhinə minaya düşüb. Bu barədə 2 yanvar tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, xəsarət alan hərbçi tibb müəssisəsinə təxliyə edilib. Ona “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.
Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.