Hazırda Qarabağda iri innovasiya layihələri icra olunur və dünyanın bir çox ölkələri bu layihələrə maraq göstərir. Bu barədə işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynova istinadən 24 dekabr tarixində Trend məlumat verib.
Emin Hüseynovun sözlərinə görə, Qarabağda ekologiya və təbii ehtiyatlara ciddi ziyan vurulub. Həmin ərazilərinin minalanma səviyyəsi və partlamamış sursatların sayı da dünya tarixində analoqu olmayan həddədir.
“Ağdam rayonunun təbii ehtiyatları 3,5 milyard manat həcmində dəyərləndirilir. Fermer və kənd təsərrüfatı fəaliyyəti üçün böyük ərazilər mövcuddur. İnkişafın əsas aparıcı qüvvəsi Ağdam sənayə parkının və Araz vadisi iqtisadi zonasının yaradılması olacaq, Kəlbəcərdə logistika mərkəzləri yaradılacaq", - Emin Hüseynov əlavə edib.