20-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunacaq. Bu haqda 15 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi səhifəsi məlumat verib.
Yarmarka 3 fərlqli ünvanda baş tutacaq:
Tədbirdə iştirak tamamilə ödənişsizdir. Burada fermerlər ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstəriləcək.