Şükürbəyli-Cəbrayıl-Hadrut yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb. Bu barədə dekabrın 1-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Yolun uzunluğu 39,7 kilometr təşkil edir.
Tikilən yolun ətraf mühitə mənfi təsirini azaltmaq məqsədilə 11 yerdə yolaltı keçidlərin tikintisi də icra olunur. Həmçinin avtomobil körpülərinin inşası nəzərdə tutulur. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.
[URIS id=14477]