Kəlbəcərdə Azərbaycanın hərbi qulluqçusu minaya düşüb. Bu haqda aprelin 20-də Report məlumat yayıb.
İnsident rayonun Ağcakənd kəndi istiqamətində baş verib. Minaya düşən müddətdən artıq hərbi xidmət hərbçisi Ayxan Camalzadədir. Yaralı hospitala yerləşdirilib.
Baş Prokurorluq faktı təsdiqləyib. Hadisə ilə bağlı “qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd” maddəsilə cinayət işi başlanılıb.