İmişlidə uşaq su kanalına düşərək boğulub.
Modern.az xəbər verir ki, kanalda boğulan Hüseyn Həsənli 2021-ci il təvəllüdlüdür.
O, axşam saatlarında oyun oynayan zaman evlərinin yaxınlığındakı Qaralar kəndi ərazisindən keçən su kanalına düşüb.
Həyatını itirən azyaşlı ailənin yeganə uşağı olub.
Faktla bağlı araşdırma aparılır.