2022-ci ilin birinci rübündə “SOCAR Karbamid” zavodu tərəfindən 53,4 min ton karbamid daxili bazara satılıb. Bu barədə 20 aprel tarixində Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Nəcəf paylaşım edib.
Sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 224% çoxdur.
Məlumatda bildirilib ki, karbamidin xarici bazarlara ixraci 8 dəfə artıb.
Bunun Azərbaycanın xarici ticarət saldosuna müsbət təsiri isə 93 milyon dollar təşkil edib.
Cari ilin 1-ci rübündə “SOCAR Karbamid” zavodu tərəfindən:
Daxili bazara satılıb:53,4 min ton karbamid, ötən ilin analoji dövrü ilə müqayisədə 224% çox⬆️Xarici bazarlara ixrac:həcm 8 dəfə, dəyər isə 33 dəfə artıb⬆️
Azərbaycanın xarici ticarət saldosuna müsbət təsiri: 93 mln $ pic.twitter.com/a4uxPsbEGX
— Rovshan Najaf (@RovshanNajaf) April 20, 2022