Keçmiş həyat yoldaşını qətlə yetirən şəxsə Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu barədə martın 11-də Report xəbər paylaşıb.
Məlumata görə, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
2021-ci ilin may ayında Gəncə sakini şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək keçmiş həyat yoldaşını qətlə yetirib.
Əməli törədən şəxs saxlanılıb və “qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə” maddəsilə ittiham olunub.