Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisinin məhkəməsinin vaxtı açıqlanıb. Polkovnik Bahadir Qocayevin məhkəməsi yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Bu haqda dekabrın 30-da Report məlumat yayıb.
Keçmiş MTN əməkdaşı “dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsi ilə ittiham edilib. O, 70 min manatdan artıq pulu mənimsəməkdə təqsirləndirilir. Sözügedən şəxs dünən, dekabrın 29-da həbs edilmişdir.
B.Qocayev 2016-cı ildən Lənkəran Dövlət Universitetində prorektor kimi də çalışıb. Bir müddət sonra o, bu vəzifəsindən azad olunub.