Kişilər arasında intihar halları qadınlara nisbətən daha çox baş verir. Bunu Milli Məclisin dekabrın 27-də keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Deputat bildirib ki, bu istiqamətdə dövlət komitəsi bir sıra tədbirlər həyata keçirib. O, cəmiyyətin qadın intiharlarına qarşı daha həssas olduğunu bildirib.
2021-ci ilin birinci yarısında baş vermiş intihar hadisələri nəticəsində 239-u kişi olmaqla, 322 nəfər həyatını itirib. 2019-2020-ci illərdə isə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd baş verib.