Şəki sakini müvafiq sənədləri olmayan ov tüfəngini və silaha məxsus 26 ədəd patronu könüllü olaraq polisə təqdim edib. Bu barədə dekabrın 25-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Faktla bağlı araşdırma aparılır.
Ötən gün, dekabrın 24-də Lənkəran rayon sakinlərindən qanunsuz saxlanan müxtəlif markalı ümumilikdə 7 ədəd, Kürdəmir rayonunda isə 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.