Şəkinin Aşağı Küngüt kəndində gecə saatlarında "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Bu barədə dekabrın 24-də APA məlumat paylaşıb.
Məlumata əsasən, avtomobildə olan 26 yaşlı Oğuz rayon sakini aldığı xəsarətlərdən dünyasını dəyişib.
Digər Oğuz sakini isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.