Şirvan və Sabirabadda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar. Bu barədə dekabrın 23-də DİN məlumat verib.
Məlumata əsasən, Şirvan şəhər sakini sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Həmçinin Sabirabad rayonu Bulduq kənd sakini ictimai yerdə saxlanılıb.
Sözügedən şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar.
Faktlarla bağlı araşdırmalar davam edir.