top
Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA
23 iyun 2025, 06:18
- ↺ +

Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məlum olduğu kimi, ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax rayonunda əməliyyat keçirib. Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. Korrupsiya əməllərində ittiham olunan başçı barəsində həbs qətimkan tədbiri seçilib.

2019-cu ildən indiyədək Azərbaycanda həbs edilən icra başçılarının əksəriyyəti eyni ittihamla saxlanılıb və həbs olunublar.

Bizim.Media vəzifəsini yerinə yetirərkən tutduğu nöqsanlara görə məhkumluq həyatı yaşayan icra başçılarının siyahısını təqdim edir.

Qoca Səmədov


2019-cu ildə Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə saxlanılıb. Törətdiyi cinayət əməllərinə görə, 7 il 3 ay həbs cəzasına məhkum edilən sabiq başçının səhhəti nəzərə alınaraq həbs müddəti 6 ilə endirilib. Həbsdə olarkən 3 dəfə əməliyyat olunan, 2023-cü ildə şərti azadlığa buraxılan Qoca Səmədov həmin ilin dekabrında vəfat edib.

Nizaməddin Quliyev


Elə həmin il Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanan Ağstafa rayonunun keçmiş icra başçısı Nizaməddin Quliyevdə həbsdə olarkən vəfat edən icra başçılarındandır. 9 il müddətində azadlıqdan məhrum edilən eks-icra başçısı 2021-ci ildə koronavirusdan ölüb. O, 10 il Gədəbəy Rayon İcra Hakimiyyətinə başçılıq edəndən sonra elə saxlanıldığı il Ağstafa rayonuna icra başçısı təyin olunmuşdu.

İcra başçılarının həbsi 2020-ci ildə də davam edib. Həmin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin, ardından Kürdəmir, Cəlilabad rayonlarının da başçıları həbs olunub.

İsmayıl Vəliyev


Neftçalanın sabiq və həbsdə olan icra başçısıİsmayıl Vəliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətində azadlıqdan məhrum edilib. Onun cəzası kassasiya şikayəti əsasında 6 il 2 aya endirilib. Qeyd edək ki, o, 2005-ci ildən Qobustan, 2011-ci il tarixdən 20 fevral 2020-ci ilədək Neftçala RİH-nin başçısı vəzifəsində çalışıb.

Mahir Quliyev


Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyev 2020-ci il aprelin 30-da vəzifəsindən azad edilib. 2006-cı ildən 2011-ci ilədək Astara, 2011-ci ildən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı olan Mahir Quliyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunub. 11 il həbs cəzası alsa da, Ali Məhkəmə eks-icra başçısının şikayətini qismən təmin edərək cəzanı 8 il 3 aya qədər azaldıb.

Vilyam Hacıyev


İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev də 2020-ci ildə DTX tərəfindən saxlanılan və sonradan cəzası azaldılan icra başçılarındandır. 16 il icra başçısı olmuş Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samuxun, 2020-ci ilə qədər isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Milyonlarla manat büdcə vəsaitinin yeyintisində ittiham olunan sabiq icra başçısına 12 il həbs cəzası verilsə də, Ali Məhkəmə cəzanı 8 il 6 aya endirib.

Ceyhun Cəfərov


Həbs edilən icra başçıları arasında cəzasını bütövlükdə çəkərək azadlığa çıxan icra başçıları da var. Bu 2020-ci ildə saxlanılan Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovdur. Məhkəmənin hökmü ilə ona 8 il 6 ay müddətində həbs cəzası verilsə də, bu müddət iki dəfə azaldılıb. Əvvəl 6, sonradan isə Ali Məhkəmənin qərarı ilə onun cəzası 4 il 6 aya qədər azaldılıb. Bu ilin fevralında korrupsiya ittihamları ilə məhkum edilmiş Ceyhun Cəfərovun azadlığa çıxıb.

Namiq Zeynalov


2020-ci ildə saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova 12 il həbs cəzası verilib. 2023-cü ildə onun cəza müddəti 11 il 9 aya endirilib. Namiq Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunub.

İcra başçılarının həbs dalğası 2021-ci ildə də davam edib.

Alimpaşa Məmmədov


Həmin il Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov həbs edilib. Ona 11 il 6 ay həbs cəzası verilib, Ddaha sonra onun cəzası 10 ilə endirilib. O, mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma itiihamı ilə həbs edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Bu gün, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Bu gün, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Bu gün, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Bu gün, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Bu gün, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Bu gün, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Bu gün, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Bu gün, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Bu gün, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Bu gün, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Bu gün, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Bu gün, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Bu gün, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Bu gün, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Bu gün, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Bu gün, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Bu gün, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Bu gün, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından altı il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Cəmiyyət
Dünən, 16:04

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Siyasət
Dünən, 16:02

Hikmət Hacıyev: "İrana hücum edəcək İsrail qüvvələrinin ölkəmizdə olması ilə bağlı CNN-in xəbəri yalan idi"

Oxşar xəbərlər