Avqustun 10-da Kürdəmirdə 13 km uzunluğa malik Qarasaqqallı-Cəyli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Bu barədə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verib.
Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi işləri görülür. Yol boyu yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işləri aparılacaq. Avtobus dayanacaqları da inşa ediləcək.
Kürdəmir rayonunun 4 minə yaxın əhalinin yaşadığı 2 yaşayış məntəqəsini əhatə edən Qarasaqqallı-Cəyli avtomobil yolu qara və çınqıl örtük əsaslı olduğundan gediş-gəlişdə problemlər yaşanırdı.