Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 27 iyul tarixində Report məlumat verib.
Hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, "Ford" markalı mikroavtobusun 1988-ci il təvəllüdlü sürücüsü Asif Ziyad oğlu İsmayılov rayon avtovağzalının qarşısında avtomobilini geriyə verərkən 1958-ci il təvəllüdlü Kürdəmir rayon avtovağzalının müdiri Asif Ağa oğlu İsrafilovu vurub.
Piyada Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.