Kürdəmir rayonunun Mollakənd kəndində iyunun 27-də avtomobilin vurduğu velosipedçi xəstəxanada ölüb. Bu barədə 13 iyul tarixində Report məlumat verib.
Qeyd olunan hadisə zamanı “VAZ-2106” markalı avtomobil velosipedlə hərəkət edən 1958-ci il təvəllüdlü Mollakənd kənd sakini Hakim İnqilab oğlu Eyyubovu vurub.
Hadisə nəticəsində ağır bədən xəsarəti alan H.Eyyubov əvvəl Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra isə vəziyyətinin ağırlığı səbəbindən Bakı şəhərinə aparılaraq əməliyyat olunub.
Lakin həkimlərin səylərinə baxmayaraq, H.Eyyubov iyulun 13-də xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.