Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb. Bu barədə dekabrın 23-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ümumilikdə 4 kiloqramdan artıq heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı araşdırma aparılır.
Bu ilin 11 ayı ərzində narkotiklərlə bağlı 8095 cinayət faktı aşkarlanıb. Sözügedən müddət ərzində 6 tondan artıq narkotik vasitə müsadirə edilib.