Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu barədə dekabrın 25-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, hərəkətdə olan “VAZ-21124” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib. Həmin nəqliyyat vasitəsini idarə edən şəxs polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilməsi təmin edilib. Nəticədə onun narkotikdən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilib.