Laçın rayonunda içməli su təchizatı sistemlərinin bərpası təmin edilib. Bu haqda dekabrın 1-də “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bulaqlardan 13 kilometr uzunluğunda su xətləri çəkilib və ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub.
Maşınlarla suyun daşınması üçün 3 nöqtədə sudoldurucu qüllələr quraşdırılıb.
Su mənbələrindən götürülən analizlərin nəticələri müsbət çıxıb.
Həmçinin “Azərsu” ASC tərəfindən Laçın rayonu ilə yanaşı, Şuşa və Kəlbəcər şəhərlərində, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət göstərilməkdədir.