Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi davam edir. Bu barədə aprelin 21-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir.
Avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması nəzərdə tutulub.