Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonunun Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 19 sentyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
“Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu dünyalarını dəyişiblər.
Faktla bağlı araşdırma aparılır.