Lənkəran sakini 12 min manatlıq qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə yalan məlumat verib. Bu barədə aprelin 18-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Rayon sakini Xalid Həmidov polisə müraciət edərək özünə məxsus avtomobildən qızıl-zinət əşyalarının oğurlandığını deyib. Keçirilən tədbirlər nəticəsində qızıl-zinət əşyalarının X.Həmidovda olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
“Vətəndaşlara xəbərdarlıq edilir ki, dövlət qurumlarına yalan məlumat vermək hüquqi məsuliyyət yaradır”, - deyə əlavə edilib.