Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 26 iyul tarixində xəbər verib.
Hadisə rayonun Vilvan kəndi ərazisində baş verib.
“KİA” markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çarpılması nəticəsində sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb. Əraziyə FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 28 yaşlı sürücü G.Hüseynlini xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.