Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən və oğurluq cinayətləri edən 11 nəfər saxlanılıb. Bu haqda aprelin 18-də APA məlumat yayıb.
Şəxsi axtarış zamanı 10 nəfərdən hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb. Saxlanılan 4 nəfərin oğurluq əməllərinin üstü açılıb.
Rayonun Gərmətük qəsəbəsi ərazisində yerləşən anbardan 3070 manat dəyərində elektrik avadanlıqları və təmir-tikinti materialları oğurlayan daha 1 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.