Lerikdə idarəetməni itirən avtomobil ağaca çarpılıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 13 iyul tarixində xəbər verir.
Hadisə ötən gün axşam saatlarında Lerik rayonunun Rəzəvül kəndində, "meşə yolu" deyilən ərazidə baş verib.
74 yaşlı Rəzəvül kənd sakini Kamal Kazımov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində ölüb.
Digər yaralı yaxınlarının təkidi ilə Bakı şəhərinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.