Bakı və Naxçıvan şəhərlərində 25-26 dekabr tarixlərində ilk dəfə danışma bacarıqlarının yoxlanılması üçün imtahan keçirilib. Bu haqda Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
İmtahan ingilis, alman, fransız, əcnəbi vətəndaşlar üçün isə azərbaycan dili üzrə şifahi formada–kompüter proqramı vasitəsilə baş tutub. 3 hissədən ibarət imtahanda 284 iddiaçı iştirak edib.
Nəticələr yaxın 10 gün ərzində elan olunacaq.
Qeyd edək ki, qiymətləndirmə ümumavropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq həyata keçirilib.