top
Ölkədə ən sərfəli kredit kartı hansıdır?
23 dekabr 2021, 03:23
- ↺ +

Ölkədə ən sərfəli kredit kartı hansıdır?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda bir çox banklar müştərilərinə kredit kartları təklif edir və onların hər birinin öz şərti və tələbləri var. Bəs ən sərfəli kredit kartı hansıdır? Bununla bağlı İnsanoid araşdırma aparıb.

Kapital Bank - Birkart

Birkartın 4 növü var. Kartlarla təklif olunan kredit məbləği 300 -10 000 manat arasında dəyişir. Kartın güzəşt müddəti 40 gündür. Əgər ay ərzində kartdan edilən alış-verişin məbləği 500 manatdan az olarsa, aylıq xidmət haqqı kart növündən asılı olaraq 1-3 manat təşkil edir. Müştəri kartdakı pulu nağdlaşdırmaq istəyərsə, bu zaman o yalnız ümumi məbləğin 50-60%-ni çıxara bilər. Nağdlaşdırılmış məbləğin ödənilməsində gecikmə yaranarsa, kredit faizi illik 25% təşkil edir. Cashback 1,5%-dən başlayır.

Kartı əldə etmək üçün son iş yerindən 6 ay staj tələb olunur. Əməkhaqqı kartı Kapital Bankdan olarsa 3 aylıq staj kifayət edir.

Azərbaycan Beynəlxalq Bankı  - Tamkart

Tamkartla təklif olunan kredit məbləği 300 - 15 000 manat təşkil edir. Bu kartda güzəşt müddəti 60 gündür. Bankın təklif etdiyi kartların qiyməti 0 - 300 manat civarında dəyişir. Ödəniş birdəfəlik olur və sonradan aylıq xidmət haqqı tutulmur. İstifadəçi kartdan pulu çıxartmaq istəyərsə yalnız 50%-ni nağdlaşdıra bilər. Kart növündən asılı olaraq illik fazi dərəcəsi 18-24%-dir. Beynəlxalq Bankın kredit kartlarında isə cashback 1-40% arasında dəyişir.

Müştərinin əməkhaqqısı bu bankdan olarsa 3 ay, digər banklardan olarsa 6 ay staj tələbi var. Əməkhaqqısını Beynəlxalq Bankdan almayan, lakin dövlət müəssisəsində çalışan şəxslər üçün də staj tələbi 3 aydır.

Bank of Baku - Bolkart

Bolkart vasitəsilə verilən məbləğ 200 -10 000 manatdır. Bank of Baku müştərilərinə 40-45 gün güzəşt müddəti təklif edir. Kartların qiyməti növündən asılı olaraq 0-150 manat arasında dəyişir. İllik xidmət haqqı isə 20-40 manatdır. Nağdlaşdırma limiti 50-100% təşkil edir. İllik faiz dərəcəsi 25%-dir. Sözügedən kartlarda cashback 0,3% - 45% civarındadır.

Təhsil, tibb və dövlət müəssisələrində çalışanlar üçün minimum əməkhaqqı tələbi 210 manat, təqaüdçülər üçün 200 manatdır. Kart üçün müraciət edənlərdən 6 ay staj tələb olunub.

Unibank - Albalı

Unibank müştərilərinə Albalı kartı vasitəsilə 10 000 manatadək kredit təklif edir. Kartdan istifadə olunan məbləğ 40 gün ərzində faizsiz geri qaytarıla bilər. Kartlar pulsuz verilir və illik xidmət haqqı mövcud deyil. Albalı kartında nağdlaşdırma limiti yoxdur, istifadəçi məbləğin 100%-ni kartdan çıxara bilər. İllik faiz dərəcəsi 25% təşkil edir, cashback isə 30%-dəkdir.

Əməkhaqqı tələbi fərdi təhlil əsasında kredit mütəxəssisləri tərəfindən təyin olunur. Staj tələbi 6 aydır.

Yapı Kredi Bank - Worldkart

Bu bankın təklif etdiyi kredit kartı ilə verilən məbləğ 300 manatdan başlayır. Güzəşt müddəti isə 30 gün təşkil edir. Kartın qiymətləri 10-70 manat arasında dəyişir. Nağdlaşdırma limiti isə kartın növündən asılı olaraq 50%-100% civarındadır. Gecikmə faizi illik 40% müəyyənləşib. Bu kartlarda cashback mövcud deyil, lakin kartı partnyor şəbəkələrdə istifadə etdikdə ballar toplanılır. Kredit kartı üçün müraciət edən müştərilərin minimum əməkhaqları 250 manat olmalıdır. Staj tələbi minimum 1 ildir, əməkhaqqı kartı Yapı Kredi Bankdan olarsa 6 ay kifayət edir.

Kredit kartı əldə etmək üçün yaş həddi bankdan asılı olaraq dəyişir. Bütün banklarda minimum yaş 18-dən başlayır. Maksimum yaş həddi isə 65-67-dir.

[gallery columns="1" link="file" size="full" ids="18980"]

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:54

Ermənistanda saxlanılan azərbaycanlı hərbi qulluqçunun atası oğlu ilə əlaqə yaradılmasını istəyir

Siyasət
Bu gün, 16:29

"Dünyada heç bir ölkə təkbaşına inkişaf edə bilməz" - İsrail Prezidenti

Siyasət
Bu gün, 16:23

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Bu gün, 16:05

Lənkəranda toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Bu gün, 15:48

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Cəmiyyət
Bu gün, 15:16

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri 8 il müddətə azadlıqdan məhrum edilib

Siyasət
Bu gün, 14:33

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB/FOTO

Siyasət
Bu gün, 14:19

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

Cəmiyyət
Bu gün, 12:49

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

Cəmiyyət
Bu gün, 12:32

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Cəmiyyət
Bu gün, 12:11

Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır

Cəmiyyət
Bu gün, 11:58

Aygün Kazımova məktəblərdə hicab müzakirələrinə qoşuldu: "Qarşıdurma yaratmaq yolverilməzdir"

Cəmiyyət
Bu gün, 10:31

Aktrisa Demet Özdemir sel səbəbindən studiyada köməksiz vəziyyətdə qaldı - VİDEO

Cəmiyyət
Bu gün, 09:53

Reper Navai Qazaxıstanda yeni cəza ilə üz-üzədir

Cəmiyyət
Bu gün, 09:26

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 00:05

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Bütün Xəbərlər
Dünən, 16:35

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Bütün Xəbərlər
Dünən, 16:25

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Bütün Xəbərlər
Dünən, 16:13

Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarıla bilər

Bütün Xəbərlər
Dünən, 15:53

Sərxoş sürücü ailə faciəsinin səbəbkarı oldu

Bütün Xəbərlər
Dünən, 15:40

Kartdan-karta pul köçürmələri ödənişli olacaq?

Bütün Xəbərlər
Dünən, 14:48

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub

Bütün Xəbərlər
Dünən, 14:02

Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırıb

Oxşar xəbərlər