"Astara" gömrük postunda Azərbaycandan İrana 22 260 ABŞ dolları keçirmək istəyən şəxs saxlanılıb. Bu haqda noyabrın 30-da Dövlət Gömrük Komitəsi məlumat verib.
Avtomobili idarə edən İran vətəndaşı həmin pulları gömrük nəzarətindən gizlətməyə çalışıb.
Xarici valyuta yoxlama zamanı yük nəqliyyat vasitəsinin havalandırma borusunun içərisində aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.