Şamaxı rayonu Hacıqədirli kənd sakinindən “Tula”, Ağsu sakinindən “İJ”, Qəbələ sakinlərindən “İJ” və “Tula” markalı qanunsuz saxlanılan ov tüfəngləri və 6 ədəd patron aşkarlanaraq götürülüb. Bu barədə dekabrın 14-də DİN məlumat verib.
Bununla yanaşı, Şəkinin “Çaylaq” adlanan ərazisində bağlamada F-1 əl qumbarası, ov tüfəngi və 17 patron aşkarlanıb.
Həmçinin Şəki rayon sakini qeydiyyatsız olan “TOZ” markalı ov tüfəngini, F-1 əl qumbarasını və 6 ədəd patronlarını polisə təhvil verib.
Faktlarla bağlı araşdırmalar davam edir.