Mədət Quliyev 4 il müddətinə Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti seçilib. Bu barədə noyabrın 26-da Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Sahib Ələkbərov federasiyanın 1-ci vitse-prezidenti kimi işini davam etdirəcək, Fuad Hacıyev isə federasiyanın vitse-prezidenti kimi seçilib.
Mədət Quliyevdən əvvəl bu vəzifəni 2011-ci ildən sabiq vergilər naziri Fazil Məmmədov icra edib.
Çıxış zamanı Mədət Quliyev qeyd edib ki, bu idman növünə sevgi yaratmaq üçün əlindən gələni edəcək: “Çalışmalıyıq ki, insanlar işlərə və s. yerlərə velosipedlə getsin. Öz kadrlarımızın üstündə işləməyə çalışacağıq”.