Polşanın paytaxtı Varşava şəhərində keçirilən rapid və blits üzrə Dünya Çempionatının nəticəsində azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov 36 381 dollar mükafat qazanıb.
Yarışda ən çox mükafat qazananların siyahısına polşalı Duda (64 714 dollar) başçılıq edir. İkinci yeri fransalı Vaşye-Laqrav (54 250 dollar), üçüncü yeri isə norveçli Karlsen (52 000 dollar) tutub.