Bərdə rayonunda çoxmənzilli yaşayış evində iki nəfərin xəsarət alması ilə nəticələnən partlayış olub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 26 sentyabr tarixində xəbər verir.
Hadisə rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı 866 saylı qəsəbədəki 13 saylı binada qeydə alınıb.
Partlayışın ev sahibinin qaz borusunda apardığı təmir işləri zamanı baş verdiyi deyilir.
Hadisə zamanı ev sahibi Cəfərov Sadiq Allahverdi oğlu və həyat yoldaşı müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
[caption id="attachment_132733" align="alignnone" width="696"]
Foto APA.az saytı[/caption]