top
“Məktəbli avtobuslarının tətbiqi nəqliyyat sıxlığını azaldacaq” – Ekspertlərdən ÖZƏL AÇIQLAMA
15 aprel 2025, 10:16
- ↺ +

“Məktəbli avtobuslarının tətbiqi nəqliyyat sıxlığını azaldacaq” – Ekspertlərdən ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Növbəti tədris ilindən məktəb avtobuslarının fəaliyyətə başlaması planlaşdırılır.

Bu haqda elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda layihə əsasən nəqliyyatın sıx olduğu ərazilərdə yerləşən məktəblərdə sınaqdan keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapan “Məktəbli avtobusları” layihəsinin artıq növbəti tədris ilindən həyata keçirilməsi planlaşdırılır.

Bəs, görəsən, ümumiyyətlə məktəbli avtobusları nə vəd edir? Bu, təhsilə nə kimi təsir edəcək?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, məktəb avtobuslarının olması çox yaxşı bir təcrübədir:

“Dünya ölkələrinin çoxunda belə bir layihələr var. Bu, yaxşı ənənədir. Bizdə də bunun tətbiqinə ehtiyac var. Amma bu, böyük bir vəsaiti tələb edən məsələdir. Düşünürəm ki, biz bu problemi həll etməliyik.

Bu gün şəhərdə sıxlığı yaradan əsas faktorlardan biri valideynlər tərəfindən uşaqların məktəblərə daşınmasıdır. Məktəblər bağlı olanda biz bunu aydın görürük və hiss edirik. Ona görə də bu istiqamətdə müəyyən addımların atılması məqsədəuyğundur. Bu həm valideynlərin işini, həm də nəqliyyat sıxlığını azaldacaq. İzdihamın və gərginliyin də qarşısı alınacaq”.

Təhsil eksperti Elçin Süleymanov isə qeyd edib ki, bu təcrübə özəl məktəblərdə uzun müddətdir ki, tətbiq olunur:

“Bu, dünyada inkişaf etmiş ölkələrdə də tətbiq olunur. Uşaqların təhlükəsiz və tez çatması üçün, düşünürəm ki, faydalı addımdır. Valideynlər üçün də kifayət qədər faydası var. Tıxaclarda vaxt itkisi olmayacaq. Amma bunu təşkil etmək mürəkkəbdir.

Əksər ölkələrdə bu, valideynlərin dəstəyi ilə olur. Burada məktəb sadəcə təşkilatçıdır. Valideyn, müəllim və məktəb Şurası müxtəlif daşıyıcı şirkətlər ilə müqavilə bağlayır. Dünya təcrübəsində şagirdlər yaxın ərazilərə daşınır, məsafə uzaq olduqca şagirdlərin toplanması və məktəbə çatdırılması uzun çəkə bilər. Bun görə də valideynlər  övladlarını yaşadıqları əraziyə ən yaxın məktəbə göndərsələr daha yaxşı olar. Məktəb avtobusunun tətbiqi həm vaxt itkisinin qarşısını alar, həm də tıxaclar azalar”.

Nəzrin Vahid

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Bu gün, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Dünən, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Dünən, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Dünən, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Oxşar xəbərlər