top
“Mənim üçün heç bir çətinlik yoxdur” – Xanım istehsalat təlimi ustası ilə ÖZƏL MÜSAHİBƏ
16 aprel 2025, 11:43
- ↺ +

“Mənim üçün heç bir çətinlik yoxdur” – Xanım istehsalat təlimi ustası ilə ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cenublu.az–ın bugünkü müsahibi lənkəranlı istehsalat təlimi ustası Qətibə Nadir qızı Əhmədovadır.

Müsahibəni təqdim edirik:

– Qətibə xanım, özünüz qısa şəkildə təqdim edin.

– 1961-ci ildə Lənkəran rayonu Xolmili kəndində anadan olmuşam.

– İstehsalat təlimi ustasısınız. Bu sahəyə necə maraq göstərməyə başladınız? Təhsil və peşəkar təcrübəniz haqqında danışa bilərsinizmi?

– 1980-84-cü illər Bakı Politexnik texnikumun mexanika fakültəsinin “Materialşünaslıq və metalların termiki emalı” ixtisasını bitirmişəm.

1984- cü ildə Lənkəran 113 saylı (o vaxtkı) peşə məktəbində ixtisas fənn müəllimi kimi işə başlamışam. 2017-ci ilin sentyabrından rəhbərlik tərəfindən qaynaqçı qrupuna istehsalat təlimi ustası təyin olunmuşam.

Rəhbərlik etdiyim qrupun tələbələri qaynağı bacarırdılar. Diplomları yox idi deyə oxumağa gəlmişdilər. Mənim qaynaq haqqında məlumatım az da olsa var idi. Çünki ixtisasıma uyğun idi. Qalanını da qaynaqçı tələbələrimdən qısa müddətdə öyrəndim. Sonra da istehsalat təlimi ustalarının diaqnostik qiymətləndirilməsində yüksək bal yığıb bir az da biliyimi həm praktiki, həm də nəzəri cəhətdən artırdım.

– İstehsalat təlimi ustası olaraq gündəlik işiniz nələrdən ibarətdir?

– Valideynlərlə əlaqə saxlayıb, tələbələrin davranışları, davamiyyəti, nizam-intizam qaydaları haqqında onları məlumatlandırmaqdır. Valideyn iclasları çağırırıq. Üzürsüz dərs buraxmanın qarşısını almağa çalışırıq. Tələbələrin tədbirlərdə, festivallarda, idman yarışlarında iştirakını təmin etməyə çalışırıq.

– Hansı istehsalat texnologiyaları və ya avadanlıqlarla işləyirsiniz?

–  İstehsalat təlimi dərslərində dəyişən cərəyanla işləyən qaynaq aparatından istifadə edirik.

– Təlim zamanı hansı üsullardan və metodikalardan istifadə edirsiniz?

– Tələbələri qruplara bölüb, qrup-qrup işlədirik. Hər qrupun özünə görə işi olur.

– Tələbələrlə işləməkdə ən çox diqqət etdiyiniz məqamlar hansılardır?

– Təhlükəsizlik texnikası qaydalarına riayət etməyə çalışırıq.

– İstehsalat prosesində təhlükəsizlik qaydalarına necə nəzarət edirsiniz?

–  İstehsalat prosesində hər an, hər dəqiqə təhlükəsizlik qaydalarına nəzarət edirik. Qaynaq məftillərindəki izolyasiyanı, qaynaq aparatının sazlığını tez-tez yoxlayırıq. Nasazlıq olanda işi dayandırıb, montyor çağırırıq.

– İndiyədək qarşılaşdığınız ən çətin vəziyyət nə olub və onu necə həll etmisiniz?

– İndiyəcən heç bir çətinliyimiz olmayıb. Çalışmışıq hər bir işin öhdəsindən gələk.

– Sizi bu işdə ən çox motivasiya edən nədir?

– Tələbələrimin bu sənətə marağının olması, bir də onların hazırladıqları avadanlıqların şəhərin parklarında, uşaq bağçaların bağlarında, şəhidlərin məzarlığında, sərgi və festivallarda təqdimatı məni motivə edir.

– Qadın olaraq bu sahədə fəaliyyət göstərmək sizin üçün hansı üstünlükləri və çətinlikləri gətirir?

– Mənim üçün heç bir çətinlik yoxdur. Çətinlik olsa da, rəhbərliyin köməkliyi sayəsində aradan qaldırılır. Hər şey daha gözəl olacaq. Yetər ki, sənətini sevəsən.

– Gənc qadınlara istehsalat sahəsində işləmək üçün nə tövsiyə edərdiniz?

– Gənc qadınlar heç nədən çəkinib, qorxmasınlar. Sevdiyiniz hər hansı bir iş istər asan, istərsə də çətin olsun, onun arxasınca gedin. O zaman çətin olmaz.

– Fikrinizcə, istehsalat təlimi sistemində nə kimi dəyişikliklər faydalı ola bilər?

– İstehsalat dərslərini daha maraqlı və tələbələrin daha yaxşı öyrənmələri üçün məktəblərin bazasında lazımi materiallar olsa, daha yaxşı olar. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi bu yaxınlarda təzə binaya köçəcək. Bu problemlər həll olunacaq.

– Tələbələrə istehsalat dərslərində qaynaq etmənin sirlərini öyrədirsiniz. Bu barədə danışardınız.

– Metal və elektrodlarla, qaynaq avadanlıqları ilə doğru-düzgün işləmək, cərəyanla ehtiyatlı olmaq, qaynaq tikişlərini, birləşmələrini öyrədirəm. Bunları bilən tələbə istənilən materialın qaynağını bacarar.

Nəzrin Vahid

Son xəbərlər

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Dünən, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Dünən, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Dünən, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Dünən, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Dünən, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Dünən, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Dünən, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Cəmiyyət
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından altı il ötür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Cəmiyyət
26 oktyabr 2026, 16:04

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Siyasət
26 oktyabr 2026, 16:02

Hikmət Hacıyev: "İrana hücum edəcək İsrail qüvvələrinin ölkəmizdə olması ilə bağlı CNN-in xəbəri yalan idi"

Siyasət
26 oktyabr 2026, 15:36

Hikmət Hacıyev: "Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir"

Cəmiyyət
26 oktyabr 2026, 14:09

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Oxşar xəbərlər