Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 946 nəfərə çatıb. Bu barədə İnsanoid Mərakeş KİV-lərinə istinadən bu gün, 14 sentyabr tarixində məlumat verir.
Təbii fəlakət nəticəsində azı 5 674 nəfər xəsarət alıb.
Ən çox qurbanların sayı Əl-Hauz (1684) və Tarudant (980) əyalətlərində qeydə alınıb.
Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.