Xəzər rayonu Mərdəkan qəsəbəsində 55-60 yaşlarında boyu 170 santimetr olan naməlum kişi meyiti tapılıb. Bu barədə 20 aprel tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Məlumata əsasən, ilkin ehtimala görə, mərhum tüfeyli həyat tərzi keçirən şəxs olub.
Qeyd olunub ki, aparılan araşdırmalar zamanı onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.