Mərkəzi Nəbatat Bağının yenidən qurulmasına 25 milyon manat ayrılıb. Bu haqda mayın 5-də Prezident İlham Əliyev Sərəncam imzalayıb:
- Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25,0 (iyirmi beş) milyon manat ayrılsın.