top
Məşhur rok ulduzu: “Azərbaycan muğamları haqqında eşitməmişdim” - MÜSAHİBƏ+FOTO
15 mart 2025, 04:25
- ↺ +

Məşhur rok ulduzu: “Azərbaycan muğamları haqqında eşitməmişdim” - MÜSAHİBƏ+FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Az yeyin, çox sevin və minnətdar olun”

“Siz bəhs edənə qədər Azərbaycan Muğamları haqqında eşitməmişdim”.

Bryan Adams – Rok musiqisinin kanadalı ulduzu, müğənni, bəstəkar və fotoqraf. Dünya musiqi tarixinə adı qızıl həriflərlə həkk olunmuş star. Pop-rok ve soft-rok stilləri ilə söhrət qazanan B. Adams, dünya musiqinə verdiyi töhfələrinə görə 17 dəfə “Grammy” mükafatına namizəd göstərilib. Müğənni verdiyi sonsuz sayda xeyriyyə konserləri ilə də insanların sevgi və hörmətini qazanıb. Öz adını daşıyan xeyriyyə fondu yaradıb. Tarixdə ilk dəfə Pakistan, Vyetnamda da konsert verən ilk qərbli müğənnidir. O, həmçinin 2008-ci il Rusya-Gürcüstan müharibəsindən sonra Tbilisidə də konsert verib. 2006-cı ildə Fələstin üçün, 2005-ci ildə isə Pakistanda zəlzələdə həyatını itirənlərin xatirəsi üçün konsert verib. O, bir çox xeyriyyə işlərinə və musiqidəki uğurlarına görə, Britaniya Kolumbiyası Ordeni ve Kanada Ordeni ilə mükafatlandırılıb. Türkiyə tarixində stadion konserti verən ilk müğənnidir. Kanadanın məşhurlar küçəsində ulduzu olan B. Adams 2010-cu ildə Hollivudda da bir ulduz sahibi olub. Vegetariandır və heyvan haqları müdafiəçisidir. Mahnıları əsasən romantik mövzudadır. Filmlər üçün yazdığı mahnılara görə “Oskar” və “Qızıl Qlobus” kimi mükafatlara namizəd göstərilib. “Robin Hood” filmi üçün yazdığı “(Everything I Do) I Do It for You” adlı mahnısı onun ən böyük hiti hesab olunur. “Please Forgive Me”, “Have You Ever Really Loved a Woman?”, “All for Love”, “I Finally Found Someone”, “Don’t Give Up” adlı mahnıları da müğənninin məşhur hitləri arasında yer alır. İngilis kraliyyət ailəsinə yaxın olan B.Adams şahzadə Diananın da sevgisini qazanmışdı. Ötən il 60 yaşını qeyd edib.

Dünya rok musiqisinin əfsanəvi ulduzu Bryan Adams Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq jurnalist Hafiz Əhmədovun suallarını cavablandırıb. O, müsahibə zamanı Azərbaycanla bağlı fikirlərini də ifadə edib.

HafizTimes.com rok musiqisinin kanadalı ulduzu Bryan Adamsla eksklüziv müsahibəni qürurla təqdim edir:

– Uşaqlıq illərinizi necə xatırlayırsınız?

– Kanadada yaşadıq, atam bütün dünyada diplomatik vəzifələrdə çalışdı. Və biz bu zaman aralığında böyüdük.

– Böyüdüyünüz ailədə nə çatışmırdı?

– Bəlkə də bir bacı … Mənim heç vaxt bacım olmayıb. Amma əmim uşaqları mənə bacı kimidirlər. Onlara heyranam.

– İllər boyu zirvədə qalmağı necə bacarırsınız?

– Dağa düz-birbaşa formada qalxmaq olmur. Ziq-zaq hərəkət etmək lazımdır. Sirr də budur.

[gallery link="file" columns="1" size="full" ids="219988"]

 

– Sizinlə bağlı ən böyük yanlış fikir nədir?

– İnsanlar tez-tez mənim amerikalı olduğumu düşünürlər, amma mən kanadalıyam.

– Bu ağır günlərdə sizi motivasiya edən nədir? Necə yaradıcı qalırsınız?

– Heç kim təkbaşına qala bilmir. Bu tamamilə özünüz üçün qurduğumuz komandadan aslıdır.

[gallery link="file" columns="1" size="full" ids="219989"]

 

– Gələcək üçün planlarınız nədir?

– Əgər konsertlər yenidən baş tutarsa, həyatımın qalan hissəsini ifa etməklə keçirib xoşbəxt olaram.

– Sizi sevənlərə nə demək istərsiniz?

– Gəlin bir fincan çay içək.

[gallery link="file" columns="1" size="full" ids="219990"]

– Ötən il çıxardığınız “Shine A Light” albomunuzun da uğur qazanmasının səbəbi nədir?

– Qeyri-maddi olmasıdır. (Mənəvi) Mahnılar bir az sehrlidir. Xüsusi ilə bu mahnı canlı sehirlidir.

– Siz uğurunuzu nəyə borclusunuz?

– Turlar və bir neçə layiqli mahnıya.

[gallery link="file" columns="1" size="full" ids="219991"]

 

– Aşdığınız ən böyük əngəl nə olub?

– Musiqiyə başlayanda qapıdan içəri girmək, eşidilmək çox çətin idi və zaman aldı.

– Sizin izinizlə getmək istəyənlərə nə məsləhət verərsiniz?

– Heç nəyi imzalamayın.

[gallery link="file" columns="1" size="full" ids="219992"]

 

– Bəs necə yadda qalmaq istəyirsiniz?

– Musiqini sevən nizamlı bir insan kimi…

– Hazırda dünyada nə baş verir? Bir işıq yandır… (Shine A Light)

– İnsanlar getdikcə daha çox kəşf edirlər ki, heyvanlar aləmindəki hər canlı varlığı tükətmək insanlığa uyğun bir hərəkət deyil.


– İndiki dünyanın rəsmini necə və hansı rənglə çəkərsiniz?

– Bir göy qurşağı.

– Sizin üçün “son” nə deməkdir?

– Başqa bir şeyin başlanğıcı.

– Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərsiniz?

– Az yeyin, çox sevin və minnətdar olun.

– Hər zaman gənc qalmağınızın sirri nədir?

– Musiqi.

[gallery link="file" columns="1" size="full" ids="219993"]

 

– Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycana səfər etmək istərsinizmi?

– Bəli, bir gün.

– Azərbaycanın məşhur xalq musiqisi, Muğamlar haqqında heç eşitmisiniz?

– Siz bəhs edənə qədər eşitməmişdim.

[gallery link="file" columns="1" size="full" ids="219994"]

 

– Azərbaycanda sizi sevən insanlara, gənclərə nə demək istərsiniz?

– Buradan salam göndərirəm və ümid edirəm ki, musiqini sevirlər. Ehtiyatlı olun.

[gallery link="file" columns="1" size="full" ids="219995"]

 

Son xəbərlər

İdman
Bu gün, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Cəmiyyət
Bu gün, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Cəmiyyət
Bu gün, 14:54

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Cəmiyyət
Bu gün, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
Bu gün, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
Bu gün, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
Bu gün, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
Bu gün, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
Bu gün, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Bu gün, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Oxşar xəbərlər