Mayın 15-də “Bakı Marafonu - 2022” keçiriləcək. Bu barədə 4 may tarixində Report məlumat verib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən marafon “Küləyə qalib gəl” şüarı altında bu il fərqli marşrutda təşkil ediləcək.
Yarışda iştirak etmək istəyənlər mayın 10-dək qeydiyyatdan keçə bilərlər. Bunun üçün 18 yaşdan yuxarı şəxslər Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu - 2022”nin saytına müraciət edə bilərlər.
Qeyd edək ki, qeydiyyat rüsumu 20 manat təşkil edir.